3 dastan

Dastanların bəzilərindən qısaca olaraq.
"ABBAS VƏ GÜLGƏZ" dastanı.
Abbas və Gülgəz dastanı Aşıq Abbas Tufarqanlının qoşmaları əsasında yaranmışdır. Dastanda Aşıq Abbasın Gülgəz adlı bir qızı sevməsindən danışılır. Şah Abbasın pəhləvanı Dəli Becan aşığın sevgilisini zorla isfahana aparır. Aşıq da İsfahana gələrək, sözün və sazın gücü ilə sevgilisinə qovuşur.
"ŞAH İSMAYIL" dastanı.
Çoxları dastanın adından elə başa düşürlər ki, bu dastan Şah İsamyıl Xətaiyə aiddir, amma elə deyil. Bu dastanda məhəbbət və qəhrəmanlıq mövzusu vəhdətdə götürülmüşdür. Dastanın qəhrəmanı İsamyıl igid və qorxmaz bir insan kimi təsvir olunur. O, sevgilisinə qovuşanadək bir çox çətinliklərlə üzləşir. İsmayılın atası qorxaq və qəddar Zülal şah oğlunun gözlərini çıxartdırır. Lakin İsmayıl sağalır və atasını öldürərək şah taxtına sahib olur. Dastan bu cür nikbin sonluqla bitir. Dastandakı əsas surətlərdən biri də Ərəbzəngidir. Kişilərdən vəfasızlıq görən bu qadın yol kəsərək intiqam alır. Ərəbzəngi Şah İsmayıla məğlum olandan sonra onun ən yaxın silahdaşına çevrilir.
"AŞIQ QƏRİB" dastanı.
Aşıq qərib dastanı təbrizli aşıq Qəribin qoşmaları və başına gələnlər əsasında yaranmışdır. Dastan əsl adı Rəsul olan yoxsul aşıqla tiflisli varlı tacir qızı Şahsənəmin məhəbbətindən bəhs edir. Eşqi yolunda doğma Təbrizdən uzaq düşən aşıq Qərib uzun ayrılıqdan sonra sözün və sazın gücü ilə sevgilisinə qovuşur. Dastanda təbrizin gözəlliyindən bəhs edən qoşma vardır. Məşhur rus şairi M. Y. Lermontov bu dastan əsasında "Aşıq Qərib" əsərini yazmışdır.
Ədəbiyyat | Şərhlər(4) | 200 Baxış |

Salam. Düz neçə vaxtdır ki, yazı yazmıram. Nə isə, dedim, ədəbiyyat bölməsinə də yazı yazım, əlavələr edim..İstəyirəm bir az janrlarımıza toxunam. Onu da bildirim ki, mən ədəbiyyat bölməsindəki bəzi yazıları qısa olaraq oxuduğum, Movsün Nağısaoylu və Rəhman Quliyevin yazılarıyla "Zirvə" kursları üçün nəşr edilən kitabdan yazıram.. 
